Nazir: “İşğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb”
“Cənab Prezidentin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası layihə olaraq hazırlanıb”.
APA TV-nin məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, layihə müzakirə olunub və aidiyyəti üzrə hökumət tərəfindən təqdim olunacaq. Konsepsiyaya uyğun olaraq işğaldan azad edilmiş bölgələrin gələcək sosial-iqtisadi planlaşdırmasında sahələr şəhərsalma və ərazilərin quruluşu ilə bağlı olan məsələlər əsas götürülür: “Təbii ki, bunun həyata keçirilməsi üçün zəruri hüquqi, iqtisadi və maliyyə çərçivəsi, güzəştlər və təşviqlər sistemi, eyni zamanda təxirəsalınmaz bir sıra layihələr ali rəhbərimizin müvafiq sərəncamlarına uyğun olaraq artıq həyata keçirilir. Burada xüsusilə dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmiryolu şəbəkəsi, kommunal təchizat kimi məsələləri qeyd etmək olar”.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?