Nazir gəlir və xərclərimizi açıqladı
“2021-ci il uğurlu il hesab oluna bilər. Belə ki, əvvəlki 2020-ci ildə ölkəmiz tarixi çağırışlarla üzləşib, Vətən müharibəsində qələbə qazanlması üçün resurslarını səfərbər edib”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, resursların böyük hissəsi pandemiyanın ölkəmizin sosial-iqtisadi həyatına mənfi təsirinin azaldılmasına yönəldilib: “Bunun sayəsində ölkə iqtisadiyyatı ilkin proqnozlarda nəzərdə tutulandan daha tez bərpa olunub. Gəlirlərimiz artıb. Həm də neft sahəsində gəlirlərimiz artıb. Bununla yanaşı, qeyd olunmalıdır ki, qeyri-neft gəlirlərimizdə də xeyli dərəcədə artım qeydə alınıb. Bizim maliyyə ehtiyatımız möhkəmlənib. Xarici dövlət borcumuz həm mütləq, həm nisbi ifadədə azalıb. Xərclərimizin sosial yönümlülüyü artıb. Burada qənaətlərə toxunuldu. İstifadə olunmayan vəsaitdən söhbət gedə bilər. Bu da sifarişçinin həmin vəsaiti istəməməsi ilə əlaqədardır. Şübhəsiz ki, belə xərclərin maliyyələşdirilməsi təmin olunmur”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi