Nazir: “Gələn il neft hasilatı artırıla bilər”
“Azərbaycan gələn il neft hasilatını artırmağı planlaşdırır”.
APA TV-nin məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib. Əlavə edib ki, gələn ilin hasilat rəqəmləri cari ildəki statistikanı üstələyəcək: “Bizim bu il 38,7 milyon ton neft hasilatının olacağını düşünürük. Gələn il bu, kiçik həcmdə artırılaraq, 39 milyon ton olacaq. 2021-ci il üçün isə bu rəqəmlərin sabit saxlanacağı proqnozlaşdırılır”.
Elektroenergetika mövzusunda verilən suala cavabında nazir bildirib ki, dünyada yayılmış və üstün tutulan modelin ölkəyə gətirilməsi, tətbiq edilməsi nəzərdə tutulur: “Elektroenergetika sahəsində liberallaşma prosesinin başlanması çox vacibdir.
Prezident bu məsələ ilə bağlı 29 May tarixli qərarı ilə bizə liberallaşdırma mövzusunda layihələrin təqdim olunması və bu sahədə islahatlarla bağlı təkliflər tərtib etmək vəzifəsini verib. Bununla bağlı bazardakı mövcud liberal modelləri öyrənirik”.
Yeni layihələrdən danışan Pərviz Şahbazov qeyd edib ki, Xudafərin su qovşağında işlər tamamlanmaq üzrədir: “Biz bu sahədə İran tərəfi ilə müəyyən işlər aparırıq. Xudafərin su qovşağında işlərin 95 faizi sona çatdırılıb. İşlər sona çatdırıldıqdan sonra növbəti addımlar atılacaq”.
Qeyd edək ki, Xudafərin su qovşağında işlər 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Xudafərin-Qız qalası” layihəsi çərçivəsində aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."