Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
Dekabrın 12-də müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında dərin ehtiramla yad edilib. Anım mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisinin sədr müavini Anar İbrahimov, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Daha sonra Naxçıvan Gənclik Mərkəzində Ümummilli liderdən bəhs edən "Ömrün Naxçıvan aşırımları" televiziya filminə baxış olub. Filmdən öncə Ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Filmdə Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü işıqlandırılıb. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi