Naxçıvanda şagirdlər də, müəllimlər də məktəbdən qorxur
Hazırda Naxçıvan Muxtar Respublikasında 211 ümumtəhsil, 20 məktəbəqədər, 35 məktəbdən kənar və 4 peşə məktəbi olmaqla, ümumilikdə 270 təhsil müəssisəsi var. Bu müəssisələrin demək olar ki, əksəriyyətində analoji problemlə üzləşmək mümkündür. Belə hallara daha çox tam orta məktəblərdə və bağçalarda rast gəlmək mümkündür və bu da müəllimləri narahat edən məqamdır. Onlar deyir ki, qazanxanaların təhsil müəssisələrindən kənarda inşa edilməsi həm də təhlükənin qarşısını alar. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin də mövqeyini öyrəndik. Bildirildi ki, əvvəllər tikintilərə nazirlik nəzarət etmirdi. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında da bu amillər nəzərə alınıb və qazanxanaların standartlara uyğun inşa olunması nəzərə tutulub. Qeyd edək ki, inşa olunacaq yeni qazanxanalar üçün Dövlət Proqramına uyğun olaraq, maliyyə vəsaiti də ayrılıb. Ceyhun Məmmədov,Əli Xudyev, APA TV Hazırda Naxçıvan Muxtar Respublikasında 211 ümumtəhsil, 20 məktəbəqədər, 35 məktəbdən kənar və 4 peşə məktəbi olmaqla, ümumilikdə 270 təhsil müəssisəsi var. Bu müəssisələrin demək olar ki, əksəriyyətində analoji problemlə üzləşmək mümkündür. Belə hallara daha çox tam orta məktəblərdə və bağçalarda rast gəlmək mümkündür və bu da müəllimləri narahat edən məqamdır. Onlar deyir ki, qazanxanaların təhsil müəssisələrindən kənarda inşa edilməsi həm də təhlükənin qarşısını alar. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin də mövqeyini öyrəndik. Bildirildi ki, əvvəllər tikintilərə nazirlik nəzarət etmirdi. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında da bu amillər nəzərə alınıb və qazanxanaların standartlara uyğun inşa olunması nəzərə tutulub. Qeyd edək ki, inşa olunacaq yeni qazanxanalar üçün Dövlət Proqramına uyğun olaraq, maliyyə vəsaiti də ayrılıb.
Ceyhun Məmmədov,Əli Xudyev, APA TV
OXŞAR XƏBƏRLƏR
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub