Naxçıvanda 18 nəfər koronavirusa yoluxub, onlardan biri sağalıb
Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb.
APA TV-nin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
16:28
714
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
840
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2834
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2331
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2320
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1506