Naxçıvana ayrılan pul azaldıldı
“Gələn il üçün dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək: "Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycanın maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək. Yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib