Naxçıvan sakinləri bu səbəbdən evə nə taksi, nə təcili yardım çağıra bilir
Naxçıvan şəhəri Xıncov məhəlləsi 10-cu döngənin vəziyyəti heç də ürək açan deyil.
Sakinlər bildirir ki, yağış yağan kimi burada olan çalalar dolur, küçə keçilməz vəziyyətə düşür və evləri su basır. Yoldakı çökəkliklər, yağış yağan kimi yaranan palçıq sürücülərə də piyadalara da çətinliklər törədir.
Sakinlər deyir ki, təcili yardım çağırırıq məhəlləyə, yolların bu vəziyyətinə görə bura gəlmir. Hətta, yağış yağanda küçə o qədər bərbad duruma düşür ki, çağırdığımız taksilər belə sifarişlərimizi qəbul etmir.
Yağış yağan kimi küçəyə toplanan su sakinlərin evlərinə axır və nəticədə, yaşayış yerləri bərbad vəziyyətə düşür.
Məsələ ilə bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şifahi olaraq bildirildi ki, problemdən agahdırlar. Qurumdan bildirildi ki, cari ilin yanvar-fevral aylarında həmin küçənin sakinləri məsələ ilə bağlı müraciət ediblər. Onların şikayət və müraciətləri qeydə alınıb. Hazırda təmir-tikinti işləri aparılmır, bu işlər başlayan kimi həmin məhəllənin problemi də öz həllini tapacaq.
Ceyhun Məmmədov, Əli Xudiyeva, APA TV
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib