Naxçıvan Qarnizonunda kursantların məzun günü keçirilib
Naxçıvan Qarnizonunda müxtəlif hərbi ixtisaslara yiyələnən kursantlara sertifikatlar təqdim edilib.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının başa çatması münasibətilə mərasim keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurslar zamanı əsas diqqət kursantların ən müasir silah və texnikaları dərindən öyrənməsinə, real döyüş şəraitində bacarıqla istifadəsinə yönəldilib. Bu məqsədlə keçirilən məşğələlərdə kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Nəticədə isə məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.
Məzunlar kurslarda qazandıqları bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə, Vətənin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər. Valideynlər övladlarının peşəkar, vətənpərvər və bacarıqlı gənc kimi yetişdiyindən qürur hissi keçirdiklərini bildirib.
Mərasim iştirakçılarına Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbriki çatdırılıb. Təbrik oxunduqdan sonra kursları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr təqdim edilib.
Nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb. Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda məzunlarla xatirə şəkli çəkdirilib.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi