Naxçıvan Qarnizonu Qoşunlarının rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarını təkmilləşdirməsi, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib.
Şəxsi heyətin çöl vərdişlərinin, praktiki bacarıq və qabiliyyətlərinin yüksəldilməsi, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə dərslər keçirilib. Məşğələdə səhra rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması praktiki olaraq göstərilib.
OXŞAR XƏBƏRLƏR
19:45
965
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
987
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1433
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
953
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
917
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
950