Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.
Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.
Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyəti bölmələr fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR
17:21
1391
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1434
Növbəti köç karvanları yola salınıb
13:38
1445
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
982
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1110
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3021