Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi keçirilib
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.
Komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib.
Səhra şəraitində təşkil edilmiş təlim yerlərində müxtəlif fənlər üzrə keçirilən dərslərdə döyüş texnikalarının heyətlərindən normativlərin qəbulu, hərbi hissədə texnikaların yoxlanması, səhra şəraitində avtomobil və döyüş maşınlarının yanacaqla təminatı qaydaları göstərilib.
Məşğələnin sonunda atəş bacarıqları yoxlanan zabitlər müxtəlif atıcı silahlardan praktiki atışlar yerinə yetiriblər.
OXŞAR XƏBƏRLƏR
16:28
170
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
299
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2342
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2278
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2271
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1461