Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi başlayıb.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılaraq ərazidə maskalanma, mühafizə və mühəndis təminatı üzrə tədbirləri yerinə yetirir.
Düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.
İdarəetmənin təşkili üçün ərazidə dayaq və mobil radioqovşaqlar açılıb.
OXŞAR XƏBƏRLƏR
16:28
590
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
705
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2715
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2319
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2310
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1492