NATO: “Savaşmaq üçün güclərimizi hazırlamışıq”
NATO Rusiya və Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, baş katib Yens Stoltenberq NATO-nun lazım olanda hərəkətə keçəcəyini bildirib:
“Tarixi bir an yaşayırıq. Rusiyanın hücumu çox insanın canını almaqdadır. Kremlin niyyəti açıq şəkildə görünür. Bu beynəlxalq qanun pozulmasıdır. Həyatını itirən bütün insanlara görə Rusiya liderləri məsuliyyət daşıyır. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Rusiya ordusuna qarşı qarda, dənizdə və havada savaşmaq üçün güclərimizi hazırlamışıq. 100-dən çox təyyarəmiz hazırdır. NATO və Avropa birlikdə hərəkət etməlidir”.
Ukrayna prezidenti Volodimir Zelenski isə keçirdiyi brifinqdə “Ukrayna torpaqlarımızı müdafiə edəcək hər kəsə silah verəcək", - deyə bildirib.
Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadakı müvəqqəti işlər vəkilini Kiyevə çağırıb. Müvəqqəti işlər vəkilinin Ukraynanın Rusiyadakı Səfirliyinin təxliyəsinə başlamaq üçün məsləhətləşmələrdən ötrü Kiyevə çağırıldığı bildirilib. Bundan başqa, Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşlarının təxliyə prosesi başlayıb.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib