Nato ölkələri Ukraynaya qoşun göndərəcək - Rasmussen
Ukrayna NATO sammitində üzvlük zəmanəti və keçid üçün təminat almazsa, alyansa üzv ölkələr Ukraynaya qoşun göndərə bilər. Bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, əgər NATO Vilnüs sammitində Ukraynanın üzvlüyü ilə bağlı addımlar ata və ya onun təhlükəsizliyinə təminat verilməsi ilə bağlı qərar qəbul edə bilməsə, bəzi ölkələr fərdi şəkildə hərəkətə keçə bilər: “Polşa Ukraynaya konkret yardım göstərməkdə yaxından iştirak edir. İstisna etmirəm ki, Polşa milli səviyyədə bu kontekstdə daha çox iş görəcək, onun ardınca Baltikyanı ölkələr də. Ola bilsin ki, Ukraynaya qoşun da göndərilsin. Ukrayna Vilnüsdə heç nə əldə etməsə, Polşa koalisiya yaratmaq barədə ciddi düşünəcək. Rasmussen onu da qeyd edib ki, Ukraynanın belə hərbi yardım istəməsi tamamilə qanuni olar.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər