NATO-dan Ukrayna ilə bağlı SON QƏRAR
NATO liderləri Brüssel sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi yardıma olan tələbi ilə bağlı çıxışından sonra Ukraynaya daha güclü silahlar göndərməyə hazırdırlar.
APA TV-nin “mignews.com”a istinadən verdiyi xəbərə görə, bu barədə “The Guardian” məlumat yayıb.
Üç saat davam edən görüşdə 30 ölkənin hökumət başçıları Rusiyanı münaqişənin Avropada daha geniş müharibəyə gətirib çıxaracağı həddə qədər təhrik etmədən silah tədarükünü necə modernləşdirə və artıra biləcəklərini müzakirə ediblər.
“Mən dəqiq olaraq hansı sistemləri yerləşdirdiyimizlə bağlı təfərrüatı açıqlamayacam. Bircə onu deyə bilərəm ki, müttəfiqlər Ukraynanı silahla təmin etmək üçün əllərindən gələni edirlər”,- deyə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Ukraynaya maskalar, qoruyucu kostyumlar, aşkarlama alətləri və digər avadanlıqlar da NATO üzvləri tərəfindən veriləcək. NATO hesab edir ki, Rusiya kimyəvi silahdan istifadə etmək üçün bəhanə axtarır.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir