Narkotiklə tutulan sürücü polisin əlindən belə qaçmağa çalışdı - ANBAAN
Sosial şəbəkələrdə yol polisinin “saxla” əmrinə tabe olmayan taksinin əks olunduğu görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yol polisinin keçirdiyi tədbirlərlə həmin taksi avtomobili saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Aparılan araşdırmalarla taksinin sürücüsü Masallı rayon sakini, Aqil Məmmədovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq 2.268 qram heroin, 0,710 qram metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, taksi avtomobili "UBER" şirkətinə məxsus olub. Hadisə zamanı sürücü Aqil Məmmədov yol polisindən qaçmağa çalışsa da, buna nail olmayıb.
OXŞAR XƏBƏRLƏR
17:12
367
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
438
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
397
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1690
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1991
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1241