Narkotiklə tutulan şəxs: “Adamı kefləndirir”

Quba sakinindən yarım kiloya yaxın narkotik vasitə götürülüb. APA TV-nin şimal bürosunun məlumatına görə, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbada təmiz çəkisi 420 qram olan narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb: “Şəxsi istifadəm üçün çətənə kolu əkib-becərmişəm. Qurudub saxlamışdım, ondan sonra da polislər yaxaladılar. İstifadə elədiyim üçün peşmanam. 6 ay bundan əvvəl də istifadə eləmişdim, insanı kefləndirir deyə, çətənə kolunu saxladım”.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR