Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev yaxalanıb.
Onun üzərinə baxış zamanı 1 büküm heroin aşkar edilib. İlqar Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayev adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən Namiq Ağayev də saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 471,745 heroin və 21,730 qram metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar