Narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb
Narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1988-ci il təvəllüdlü Baxşaliyev Nuran Rafail oğlunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının yetişdirilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, ordan külli miqdarda aqrotexniki qaydada qulluq edilmiş 30 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilrərək götürülüb. Əkilib-becərilməsi qadağan olunan narkotik tərkibli bitki kolları maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib.
Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı