Narkotik satan şəxsdən silah çıxdı - ŞƏKİDƏ ƏMƏLİYYAT
Şəkidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda narkotik vasitə və odlu silah götürülüb. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Şəki Şəhər polisinin keçirdiyi əməliyyat nəticəsində rayonun İbrahimkənd kənd sakini 49 yaşlı Cavanşir Mustafayev saxlanılıb: “Saxlanılan şəxsin evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumi çəkisi 120 kiloqrama yaxın 49 ədəd yaş, 10 ədəd qurudulmuş çətənə kolu, sellofan torbalarda 123 qram qurudulmuş, 52 qram yaş marixuana, 24 ədəd plastik qabda çətənə bitkisinin şitili və toxumları, eləcə də sənədsiz 16 kalibrli təklülə ov tüfəngi aşkar edilərək götürülüb”. İlkin ifadəsində C. Mustafayev həmin narkotik tərkibli bitkiləri satış məqsədilə becərdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."