Narkotik qaçaqmalçısı zabitimizi bıçaqladı - İRAN SƏRHƏDİNDƏ
Azərbaycan-İran sərhədində insident olub.
Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə sentyabrın 20-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxın-lığındakı sərhəd zastavasının xidməti sahəsində qeydə alınıb.
İçərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaqla xəsarət yetirib. Buna baxmayaraq, sərhədçi zabit şücaət nümayiş etdirib və cinayətkarı tərksilah edərək saxlayıb.
Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyən edilib, əraziyə atılmış bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram marixuana, 1 kq 10 qram tiryək və 450 qram heroin narkotik vasitə aşkarlanaraq götürülüb.
İdarə etdiyi avtomobillə hadisə yerindən qaçmış digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs - Cəlilabad rayonunun Buravar kəndi-nin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşib, avtomobilin içərisindən 55 qram tiryək və şəxsi əşyalar aşkarlanaraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."