Narkotik çəkib dönər üçün ət daşıyan şəxs tutuldu
Narkotik vasitənin təsir altında soyuducu sistemi olmayan avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub.
APA TV xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Ford” markalı nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov stasionar postda saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Mürvət Orucovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Bununla yanaşı, nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, anti-sanitar qaydada və digər qeyri-qida məhsulları ilə biryerdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkar edilib.
Mürvət Orucov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub