Narkotik bitkilər becərən şəxs ələ keçdi - YEVLAXDA ƏMƏLİYYAT

Yevlaxda narkotik bitkilər yetişdirilən plantasiya aşkar edilib. APA TV-nin yerli bürosunun məlumatına əsasən, Yevlax rayonu ərazisində ümumi çəkisi 1 ton 152 kiloqram təşkil edən çətənə kollarının yerləşdirildiyi iri plantasiya aşkar olunub. Yevlax polisinin axtarış-əməliyyat tədbirləri nəticəsində çətənə bitkisini yetişdirməkdə şübhəli bilinən rayonun Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu etiraf edib. Faktla bağlı araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR