Narkotik alverçisini müştərisi ələ verdi - ASTARADA
Astarada həmkəndlilərin dırnaqarası alış-verişi yarımçıq qalıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Astara RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayonun Kakalos kənd sakini, əvvəllər məhkum olunmuş Nəsir Suvarov 1 bükümdə marixuananı və bir bükümdə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Nəsir Suvarovun narkotik vasitəni həmkəndlisi Asəf Təhməzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də saxlanılıb. Keçirilən baxış zamanı Asəf Təhməzovun üzərindən bir bükümdə 0,182 qram, yaşadığı evdən isə bir bağlamada 1 kiloqram 50 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək