Narkotik alverçisi və müştərisi yaxalandı
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkumu saxlayıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Vasif Cavadov yaxalanıb.
Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150.000 İran rialı aşkar edilərək götürülüb.
Qeyd edək ki, E.Süleymanovun ətrafında araşdırma aparılan zaman onun müxtəlif kimyəvi məhlullardan sintetik tərkibli narkotik maddələr hazırladığı da məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək