Narkotacir iş başında ələ keçdi - 6 KQ TİRYƏKLƏ
Lənkəran sakini külli miqdarda narkotik satarkən saxlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satmaq istəyib: “Əvvəllər məhkum olunmuş, Lənkəran şəhərində yaşayan Muradov Nurəddin Əlikərim oğlu Astara şəhəri Həzi Aslanov küçəsində saxlanılıb və əlindəki göy rəngli sellofana keçirilən baxış zamanı oradan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək aşkarlanıb”. Saxlanılan Nurəddin Muradov İran İslam Respublikasının vətəndaşı olan Səyavuş adlı bir şəxslə 2 ildir ki, tanış olduğunu və narkotik vasitəni də ondan əldə etdiyini bildirib: “Soruşdu işləyirsən? Dedim yox, amma narkotik qəbul eləyirəm, almağa imkanım olmur. O da mənə dedi ki, mən sənə köməklik edərəm. 1 çanta verəcəm, onu götürərsən, dediyim ünvana apararsan. Aparanda polis əməkdaşları məni tutdu”. Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."