Narkoşəbəkənin qadın üzvü dəstəbaşını ələ verdi - BAKIDA
Bakıda narkoşəbəkə ifşa edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Köhnə Günəşli qəsəbəsi ərazisində qəsəbə sakini Solmaz Salmanova saxlanılıb.
Axtarış zamanı ondan 13,141 qram çəkidə narkotik vasitə - heroin götürülüb.
Solmaz Salmanova narkotik satışı ilə məşğul olduğunu etiraf edib. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.
Əməliyyatın davamı olaraq narkoşəbəkinin digər üzvləri - dəstə başçısı, Rusiya vətəndaşı Şövqi Babayev və yaxın qohumu paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev tutulub. Nicat Quliyev saxlanılan zaman üzərindən 21,699 qram heroin aşkar edilib. Şövqi Babayevin üzərindən də heroin çıxıb. 107,806 qram kəskin təsiredici maddə ilə bərabər ondan 101,501 qram marixuana, 39,855 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.
Şövqi Babayev narkotik satışını Solmaz Salmanova və Nicat Quliyev əli ilə həyata keçirib.
Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək