Naftalanda yeni işıqlandırma sistemi quraşdırılıb
Naftalanda və regionda ilk- alternativ enerji mənbələrindən istifadə olunacaq.
APA TV–nin Mingəçevir bürosunun məlumatəna görə, Naftalan kurort şəhərində aparılan yeniliklər çərçivəsində pilot layihə olaraq uzun illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Yeni işıqlandırma sistemi günəş enerjisi ilə qidalanan lampa və solar batariyalarla təchiz olunub. Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaqdır. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemindən şəhərin müxtəlif yerlərində quraşdırlması nəzərdə tutulmuşdur.
Şəhər əhalisi və turistlər artıq gecə saatlarında da istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün rahatlıqla sözügedən parka üz tuta biləcəklər.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"