Nadir əbabil quşu Göyçay sakininin həyətinə düşüb
Göyçay sakininin həyətinə nadir Əbabil quşu düşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini Səid İsmayılovun həyətinə düşən quşu ilk dəfə gördüyü üçün əvvəlcə tanımayıb. Araşdırmalar zamanı bu canlının Əbabil quşu olduğu məlub olub.
Səid İsmayılov həyətində başqa növ quşlar bəslədiyi üçün tapdığı Əbabil quşuna da böyük maraqla yanaşır. Ona qidalanmaq üçün lazım olan yem və ət verir.
Səid İsmayılov bu quşu bir neçə gün saxladıqdan sonra onu sərbəst buraxacağını bildirib.
Qeyd edək ki, Əbabil quşları barədə Qurani-Kərimin 5 ayədən ibarət olan “Fil” surəsində, yəni 105-ci surədə söhbət açılır. Belə ki, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə bir dəstə Əbabil quşu dimdik və caynaqlarında xırda daşlar gətirərək ordunun üzərinə atırlar. Bu daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi