Müxalif deputatlar parlamentdən niyə qaçırlar? - APA TV
Son günlərdə Ermənistanın paytaxtı İrəvanda revanşistlərin aksiyaları səngiyib, hətta 3 ay əvvəl Paşinyanın istefasını tələb edənlər də nümayişləri dayandırıblar. Bu gün isə Ermənistan parlamentindəki “Mənim şərəfim” fraksiyasının rəhbəri Artur Vanetsyan deputat mandatından imtina edib.
O açıqlamaında qeyd edib ki, təmsil etdiyi partiyanın mövqeyi dövlətin və parlamentin siyasi xəttinə uyğun deyil.
Yerli mediayada dərc olunan xəbərlərə görə, hərbi cani Seyran Ohanyanın rəhbərlik etdiyi müxalif “Vahid Ermənistan” Partiyasının deputatı Artur Qazinyan da mandatından imtina edəcək. O, siyasi fəaliyyətə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanla birlikdə davam edəcəyini deyib.
Müxalifətin parçalanması ərəfəsində daha çox diqqətçəkən məsələ isə digər müxalif deputat Tiqram Abramyanın açıqlaması olub. O, Qarabağdakı ermənilərə müraciət edərək bildirib ki, Ermənistan hökuməti “Artsax” dedikləri ərazini müstəqil ərazi kimi tanımayacaq və hökumətin bu bölgəyə səfəri ancaq Azərbaycana səfər kimi mümkündür.
Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası da müxalif deputatların mandatdan imtina etmələrinə münasibət bildirib. Partiyanın katibi Artur Ovanesyan mətbuata bildirib ki, müxaliflərin mandatdan imtinaları onların öz seçiciləri qarşısında verdikləri sözləri yerinə yetirə bilmədiklərinə görə baş verən ictimai sifarişdir.
Maraqlıdır ki, erməni politoloqlar artıq ölkədəki siyasi durumun ənənəvi xətti üzrə getmədiyini deyirlər.
Siyasi şərhçi Armen Baqdasaryan bildirib ki, regionda sabitlik və sərhədlərin demarkasiya üçün Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla birgə danışıqlar aparmalıdır. O əlavə edib ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinin Rusiya sülhmərmalılarının əlində olmasına baxmayaraq, Türkiyə və Azərbaycanla da danışıqlar aparılmalıdır. O bunu Rusiyanın hər iki ölkə ilə müsbət əlaqələri olması ilə əsaslandırıb.
Fuad Sadıqov
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq