Müsavat Partiyasından oğurluq edən şəxslər tutuldu
Paytaxtın Binəqədi rayonunda “Müsavat” partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov tutulublar. Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:20
1059
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1645
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1654
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1495
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1620
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1577