Müsavat başqanlığa namizədlərin debatı keçirildi
Bu gün Müsavat Partiyasının qərargahında başqanlığa namizədlərin debatı keçirilib.
APA TV-nin xəbərinə görə, debatda Müsavatın hazırkı başqanı Arif Hacılı, həmçinin Tofiq Yaqublu və Yadigar Sadıqlı partiyanın durumu və hər hansı səbəbdən məhz onlara səs verilməsi ilə bağlı fikirlərini açıqlayıblar.
Arif Hacılı partiyada plüralizm prinsiplərinə mümkün qədər əməl olunduğunu deyib. Bildirib ki, uzun illər xalq hərəkatında olub və başqanlığı dövründə də partiya kifayət qədər aktiv olub.
Tofiq Yaqublu isə 1992-ci ildən bu yana İsa Qəmbər və Arif Hacılının eyni düşüncənin daşıyıcıları olduğunu söyləyib. Bildirib ki, ona görə də Müsavatda başqanın dəyişməsinə ehtiyac var.
Yadigar Sadıqlı da partiya başqanının dəyişməli olduğunu deyib. Bildirib ki, Müsavat Partiyası müxalifət cəbhəsində lider mövqeyini itirmək üzrədir və ictimaiyyətdə özünə olan marağı itirib. Onun fikrincə, Arif Hacılı başqan olmağı bacarmayıb.
Debat suallarla davam edib.
Elvin Paşazadə,
Vətən Sadatlı,
APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək