Müharibə Ukraynaya nə qədər ziyan vurub? - FANTASTİK RƏQƏMLƏR AÇIQLANDI
Ukraynada Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən itkiləri infrastruktura, iqtisadiyyata vurulmuş zərər və sonrakı illərdə gələcək zərəri nəzərə alsaq, 1 trln. ABŞ dollarını ötür.
APA TV-nin xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Baş naziri Deniş Şmıqal deyib.
Onun sözlərinə görə, itkilərin birinci komponenti birbaşa infrastruktur itkiləridir və təxminən 120 mlrd. dollar təşkil edir. Hərbi infrastruktur və digər mülki xərcləri nəzərə alındıqda, bu məbləğin 270 mlrd. dollara bərabər olduğu vurğulanıb.
D. Şmıqal qeyd edib ki, ikinci komponent Ukrayna iqtisadiyyatının itkilərinin hesablanmasıdır: "Bu, hərbi əməliyyatları davam etdirəcəyimiz aylar üçün hesablanmış ÜDM-in azalmasıdır. Bunlar itirilmiş mənfəətlər və müəssisələrimizin sərmayə qoyulmamış investisiyalarıdır. Bizim hesablamalarımıza görə, bu məbləğ 290 mlrd. dollardan çoxdur".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ