Müəmmalı olay: Bir qəsəbənin sakinləri sudan zəhərlənib?
Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən son iki gün ərzində yüzlərlə şəxs xəstəxanaya müraciət edib.
APA TV-nin xəbərinə görə, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbə sakinləri qusma, ürək bulanma və ishal əlamətləri ilə qəsəbədə fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki tibb məntəqəsinə və Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə müraciət ediblər.
Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir.
Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən və mənşəyi məlum olmayan xəstəliklə bağlı polis əməkdaşları da hərəkətə keçib və araşdırma aparılır.
Yeri gəlmişkən qeyd edək ki, TƏBİB də bununla bağlı açıqlama yayıb. Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə bir gün ərzində 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub. Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.
Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi