Müəllimlərdən 50 manat istəyən direktora hansı cəza verilib?
Ötən gün müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılan Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru vəzifəsini icra edən Esmira İbrahimova işdən çıxarılıb.
Bu barədə Xızı-Abşeron Regional Təhsil İdarəsindən APA-nın Sumqayıt bürosuna bildirilib. Qeyd edilib ki, Esmira İbrahimova məktəbin direktoru deyildi, direktor vəzifəsini icra edirdi. Artıq o işdən uzaqlaşdırılıb və direktor vəzifəsi müvəqqəti olaraq məktəbin direktor müavini Mahmud Mahmudova həvalə olunub.
Qeyd edək ki, Esmira İbrahimovanın müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna hər müəllimdən 50 manat tələb etməsi ilə bağlı səs yazısı yayılıb. O, pulların məktəbin təmiri üçün yığıldığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
18:25
379
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
467
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
389
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1120
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1034
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
938