Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuzun Ağdam və Muncuqlu kəndlərində, Sisian rayonunun Arevis kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində, Vayk rayonunun Martiros kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtərin işğal altında olan Yarımca, Ağdamın Mərzili, Füzulinin Aşağı Veysəlli, Horadiz, Cəbrayılın Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"