Müdafiə naziri şəxsi heyətə NƏYİ TAPŞIRDI?
Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
Zakir Həsənov yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair xüsusi göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi