Müdafiə naziri ön xətdə xidmət edən hərbi qulluqçularla görüşüb
Müdafiə naziri ön xətdə xidmət edən hərbi qulluqçularla görüşüb.
APA TV-nin məlumatına görə, genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.
Bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında söhbət aparılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1343
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1387
Növbəti köç karvanları yola salınıb
13:38
1398
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
977
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1105
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3015