Mübahisə etdilər, ata oğlunu öldürdü - Yasamalda qətl
Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:48
507
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
485
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
591
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
18:44
1204
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1104
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1323