MTRŞ sədri: "İnternet TV-lərin lisenziya məsələsi könüllüdür"
“Televiziya və saytlarda söyüş olmamalıdır. Əvvəlki qanunlarda bu cərimələr daha sərt idi. İndiki qanunda bunu bir az yumşaltmışıq və 24 saat yayıma məhdudiyyət qoyulacaq”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.
O bildirib ki, lisenziya məsələsi könüllüdür: “Bizdə internet televiziyaların sayı çoxdur. Onlar kabel şəbəkəsinə qoşulmaq istəyir. Bunun öz tələbləri var. Bu sahədə boşluqlar mövcuddur. Bu boşluğu aradan çıxartmaq, yeni imkanlar yaratmaq üçün lisenziya məsələsi qanuna daxil edilib. Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Platforma yayımçısı statusu alan hər internet televiziyası peykə çıxa bilməz. Yerüstü televiziya kanallarının 85 %-i peykdən televiziya siqnalı alır. Peykdə artıq məhdudlaşdırma var”.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı