MSK sədri: “Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülənlər 17 nəfərdir”
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Məzahir Pənahov deyib ki, namizədliyinin irəli sürülməsi təsdiqlənmiş 17 nəfərdən 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib: “3 nəfərin artıq namizədliyi qeydə alınıb, 4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçiriləcək iclaslarında baxılacaq”. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov onu da vurğulayıb ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq formalaşdırılıb və ilk olaraq həmin seçki məntəqələri lazımı avadanlıqlarla təchiz edilib: "Artıq orada işlər demək olar ki, tamamlanıb. Orada görülən işlər digər bölgələrdəki seçki məntəqələrinə də nümunə ola bilər. Proseslə bağlı da işləri siz oradan işıqlandıra bilərsiniz".
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi