MSK saat 17:00-a olan seçici fəallığını açıqlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
APA TV-nin xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1 520 133 nəfər səs verib və seçici fəallığı 30,57 faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
OXŞAR XƏBƏRLƏR
17:47
567
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
461
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
464
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
823
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
788
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
808