MSK: Saat 15:00-a olan seçici fəallığı 39,23 faiz olub
Mərkəzi Seçki Komissiyası bu gün keçirilən parlament seçkilərinin səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
APA TV-nin xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 2 090 589 nəfər səs verib, seçici fəallığı 39.23 faiz olub.
Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
OXŞAR XƏBƏRLƏR
19:48
379
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
377
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
352
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
305
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
301
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
309