MSK-da iclas: bəzi DSK-ların tərkibində dəyişiklik edildi

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar MSK-nın 29 may 2019-cu il tarixli iclas protokolunun təsdiq edilməsi, MSK-nın bəzi normativ xarakterli aktlarına dair, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsidir. İclasda 37 saylı Nizami birinci (Gəncə), 16 saylı Yasamal ikinci, 108 saylı Ağstafa, 4 saylı Naxçıvan, 71 saylı Masallı kənd, 83 saylı Ağcabədi-Füzuli seçki dairələrinin tərkibində dəyişiklik olunub. İclasın gündəliyinə çıxarılan məsələlər səsverməyə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR