MSK: 35 574 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb
“Mərkəzi Seçki Komissiyasının respublika üzrə bu günə olan ümumi məlumatı bundan ibarətdir ki, 42 625 iddiaçının bildirişi qeydə alınıb, onlardan 35 574-ü namizəd statusu alıb”.
APA TV-nin verdiyi məlumata görə, bunu aşağı seçki komissiyaları üçün keçirilən treninq zamanı MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, namizədlər arasında xanımlar, eləcə də gənclər fəallıqları ilə seçilir: “Qeydiyyatdan keçmiş, artıq namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşların 30 faizdən çoxu xanımlardır. Bu da, əlbəttə, yaxşı göstəricidir. Bayaq da dediyim kimi, bu seçkilərdə gənclər də fəallığı ilə seçilir. Namizədlərin təxminən 28 faizə yaxını gənclərdir. Bir statistikanı da nəzərinizə çatdırım ki, bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd olaraq qeydə alınıb”.
Qeyd edək ki, 2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün genişmiqyaslı layihələr davam etdirilir. Bununla əlaqədar noyabrın 20-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək