Mövqelərimiz atəş altında - CƏBHƏDƏ SON VƏZİYYƏT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Nəmirli, Tağıbəyli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR
19:50
385
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
409
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
390
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
904
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
913
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
912