Motosikletlə uyuşdurucu vasitə daşıyan qardaşlar YAXALANDI
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində motosikletlə narkotik vasitə daşıyan iki qardaş saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 12-ci kilometrliyində dövlət qeydiyyat nişansız, dəbilqəsiz və manevr qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü, 1992-ci il təvəllüdlü Səmədli Siruz və onun qardaşı sərnişin qismində olan 1997-ci il təvəllüdlü Səmədli Xancan yaxalanıb.
Hər iki şəxsin özünü şübhəli aparması və xüsusilə Xəncan Səmədlinin əlindəki çantanı gizlətməsi şübhə doğurduğundan çantaya əməkdaşlar tərəfindən baxış keçirilib. Bu zaman sellofan bükülüdə ümumi çəkisi 258,305 qram olan heroin və 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 498,700 qram olan tiryək aşkarlanıb və maddi sübut kimi götürülüb.
Qardaşlar maddi sübutlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib, hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə