Moskva və Bakı arasında yeni səhifə açılır? – “Önəmli presidentdir”
Moskva və Bakı arasında yeni səhifə açılır? – “Önəmli presidentdir” APA TV Prezident İlham Əliyevin aprelin 22-də Rusiya lideri Vladimir Putinlə Moskvada görüşməsi dünya mediasında hələ də müzakirə olunmaqdadır. Putin və Əliyevin görüşünü rəsmi olaraq Baykal-Amur Magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə keçirildiyi bildirilsə də, beyin mərkəzləri liderləri əsas mahiyyətinin regiondakı proseslərin müzakirəsi və fakir mübadiləsi ilə əlaqəli olduğunu vurğulayırlar. Görüşdə çıxış edən Rusiya Prezidenti bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Azərbaycan Prezidenti ölkələr arasında əlaqələrin inkişafından razılığını bildirib. 2022-ci ildə Kremldə imzalanan sənədi əsas gətirən İlham Əliyev bildirib ki, bu, siyasi sənəddir və gələcəkdə əlaqələrin inkişafını müəyyən edir. Maraqlıdır, Rusiya sülhməramlılarının işğaldan azad olunuş əraziləri tərk etməsi və Avropanın enerji məsələsində mühüm tərəfdaşlarından biri olan Azərbaycanın Rəsmi Moskva ilə əməkdaşlığı nədən xəbər verir? Məsələ ilə bağlı kanalımıza açıqlama verən siyasi şərhçi Tural İsmaylov bildirib ki, indiki çətin geosiyasi mühitdə Rusiya-Azərbaycan münasibətlərinin kifayət qədər böyük perspektivləri mövcuddur. Tural İsmayılov onu da vurğulayıb ki, Azərbaycan bütün tərəfdaşlar, xüsusilə də qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirir. Fuad Sadıqov APA TV
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"