Monteneqro parlamentinin deputatı: "Azərbaycanda seçkilər çox yüksək səviyyədə keçirilib"
"Azərbaycanda seçkilər çox yüksək səviyyədə keçirilib".
APA TV-nin verdiyi məlumata görə, bunu bu gün Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında Monteneqro parlamentinin deputatı Predraq Sekuliç deyib.
O, bildirib ki, paytaxt və ətraf kəndlərdə 15-dən artıq məntəqədə müşahidə aparıb: "Müşahidələr zamanı hər hansı bir qanun pozuntusuna rast gəlmədim. Seçki prosesi tam demokratik qaydada həyata keçirildi. Kimlərin qalib gəldiyi, kimin parlamentə seçildiyi mənə məlum olmasa da, bir onu deyə bilərəm ki, dünənki seçkilərdə Azərbaycan xalqı və demokratiya qalib gəlib".
Deputat həmçinin bundan əvvəl də ölkəmizdə prezident seçkilərində müşahidəçi qismində iştirak etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
19:48
356
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
353
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
330
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
303
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
299
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
307